BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamalda ağacların qanunsuz kəsildiyi iddia edilir - VİDEO

Bakının Yasamal rayonunda ağacların qanunsuz kəsildiyi iddia edilir.

 

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 

İddialara görə, ərazidə obyekt tikintsi planlaşdırılır.

 

Maraqlıdır ki, ərazidə ağacların gecə ilə kəsildiyi barədə məlumatı sakinlər kamera önünə çıxaraq təsdiq etmək istəmədilər. Hətta onların bəziləri ərazidə heç bir ağac kəsintisi olmadığını dedilər.

 

Məsələ ilə bağlı əvvəlcə Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qeyri-iş günü olduğundan suallarımız cavabsız qaldı.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, yayılmış görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 5 İyul 2026, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin