BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın zəlzələ risk xəritələri hazırlanıb - VİDEO

Ölkəmizdə zəlzələ risk xəritələri hazırlanıb.

 

Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" və İcbari Sığorta Bürosu ilə birlikdə ilk dəfə zəlzələ risklərinin milli modelləşdirilməsini həyata keçirib.

 

Bu model vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində fərqli dövrlərdə baş verə biləcək zəlzələlər və onların mümkün təsirləri proqnozlaşdırılır. Nəticədə ölkədə zəlzələ risklərini qruplaşdıran ilkin xəritələr hazırlanıb.

 

Yeni modelləşdirmə sığorta şirkətlərinə sığortaladıqları əmlakın zəlzələ zamanı məruz qala biləcəyi zərərin həcmini əvvəlcədən qiymətləndirməyə imkan verir.

 

Ekspert deyir ki, sığorta şirkətləri də fövqəladə hallara hazır olmalıdırlar. Bu baxımdan, yeni yanaşma və modellər şirkətlərin daha dəqiqliyinə və operativliyinə töhvə verəcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 6 İyul 2026, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin