BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərurda baş verən qəzada bir ailənin 3 üzvü öldü, 1-i xəsarət aldı - FOTO

İyulun 5-də Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Pravda.az-a verilən məlumata görə, lkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın vasitəsinin hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub.

 

Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

“Bir ailənin məhvinə səbəb olan bu ağır yol-nəqliyyat hadisəsi dərin təəssüf hissi doğurmaqla yanaşı, sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təkcə özlərinin deyil, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, - deyə məlumatda vurğulanıb.

Fotoları təqdim edirik
Tarix: 6 İyul 2026, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin