BURADA REKLAMINIZ OLA
BİLƏR

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edildi

Nazirlər Kabineti "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları"nı təsdiq edib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

 

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması zamanı Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş "Binalar üçün minimum enerji effektivliyi Normaları" ilə müəyyən edilmiş binaların enerji effektivliyi sinifləri və binalarda enerji sərfinin hesablanması metodologiyası nəzərə alınacaq.

 

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Tarix: 9 İyul 2026, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin