BURADA REKLAMINIZ OLA
BİLƏR

Əl titrəməsi haqqında bilməli olduqlarınız: Hansı əlamətlər risklidir?

Əl titrəməsi çox vaxt stress, yuxusuzluq, həddindən artıq kofein qəbulu, fiziki yorğunluq və ya qan şəkərinin aşağı düşməsi kimi müvəqqəti səbəblərlə əlaqəli olur. Lakin bəzi hallarda bu əlamət sinir sistemi xəstəlikləri, qalxanabənzər vəz problemləri və ya bəzi dərmanların yan təsiri nəticəsində də yarana bilər.


Pravda.az bildirir ki, mütəxəssislərə görə, titrəmə gündəlik işlərə mane olursa, getdikcə güclənirsə və ya yerimə pozğunluğu, nitqdə dəyişiklik, tarazlığın itməsi kimi əlamətlərlə müşayiət olunursa, nevroloqa müraciət etmək vacibdir.


Əgər əl titrəməsi qəfil başlayıb, üzdə asimmetriya, bədənin bir tərəfində zəiflik, nitq pozğunluğu və ya şüur dəyişikliyi ilə birlikdə müşahidə olunursa, bu, təcili tibbi yardım tələb edən vəziyyətin əlaməti ola bilər.


Əminə Bayramova 

Tarix: 10 İyul 2026, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin