BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq - SƏBƏB

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Pravda.az-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:


10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;

11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.


Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.

Tarix: 9 İyul 2026, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin