BURADA REKLAMINIZ OLA
BİLƏR

Yüksək xolesterini olanlar bu qidaları rasionuna əlavə etməlidir

Qanda xolesterin və trigliserid səviyyəsinin yüksəlməsi ürək-damar xəstəlikləri riskini artırır.


Pravda.az bildirir ki, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və normal çəkinin qorunması qan yağlarının nəzarətdə saxlanılmasında əsas rol oynayır.


Araşdırmalara görə, sarımsaq, soğan, yaşıl çay, zəncəfil çayı, kətan və çia toxumu, moruq, eləcə də qoz, fındıq və badam kimi qidalar sağlam həyat tərzinin bir hissəsi olaraq qan yağlarının tarazlaşdırılmasına dəstək verə bilər. Lakin bu məhsullar dərman müalicəsini əvəz etmir və istifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.


Həkimlər doymuş və trans yağlardan uzaq durmağı, liflə zəngin qidalar, tam taxıllar, paxlalılar və omeqa-3 mənbələrini daha çox istehlak etməyi, həmçinin siqaret və alkoqoldan uzaq olmağı məsləhət görürlər.


Qan yağlarının yüksək olduğu hallarda isə müalicə yalnız həkim nəzarəti ilə aparılmalıdır.


Əminən Bayramova 

Tarix: 10 İyul 2026, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin