BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Azərbaycan da daxil olmaqla 12 ölkədən 54 nəfəri ekstradisiya edib

Türkiyəyə 54 nəfər ekstradisiya olunub, onlardan 29-u "qırmızı bülleten", 25-i isə milli səviyyədə axtarışda olub.

 

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib.

 

Bildirilib ki, həmin şəxslərin 38-i Gürcüstanda, 5-i Almaniyada, 2-si Azərbaycanda, həmçinin Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyada saxlanılıb.

 

Saxlanılan şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin ölkəyə qanunsuz gətirilməsi, qəsdən adamöldürmə, dələduzluq, hədə-qorxu, pul saxtalaşdırılması, insan alveri, fahişəliyə cəlb etmə, qaçaqmalçılıqla mübarizə qanununun tələblərinin pozulması və və digər cinayətləri törətmək məqsədilə axtarışda olduqları müəyyən edilib.

Tarix: 10 İyul 2026, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin