BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamaldakı partlayışda xəsarət alan ər-arvad da vəfat etdi

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin (qadın cinsli) müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, aparılan reansimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü (kişi) və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb.

 

Qeyd edək ki, iyulun 4-ü ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.APA

 

Qeyd edək ki, həyatını itirən şəxslər hadisə günü ölən Zəhra İsrafilovanın ata-anasıdır. Onun xəsarət alan bacısının müalicəsi isə xəstəxanada davam etdirilir.

 

Tarix: 10 İyul 2026, 17:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin