BURADA REKLAMINIZ OLA
BİLƏR

Samur-Abşeron kanalında 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Tarix: 12 İyul 2026, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin