BURADA REKLAMINIZ OLA
BİLƏR

Jan-Mişel Brun: Prezident İlham Əliyevin jurnalistlərlə davranışı bir nümunədir

Prezident İlham Əliyevlə artıq dörd dəfə görüşmüşəm, üç saat ərzində heç bir kağıza baxmadan bütün suallara cavab verə bilir. Ona görə də hesab edirəm ki, bu, prezidentlərin jurnalistlərlə necə davranmalı olduqlarına dair həqiqətən də bir nümunədir.

 

Bunu AZƏRTAC-a açıqlamasında “Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun deyib.

 

"Şuşaya ilk dəfə 2020-ci ildə, müharibədən dərhal sonra gəlmişdim. Hər yer dağılmışdı. İndi isə Şuşa yenidən həyata qayıdır. Həmişə bir ümid var və haqlı olduğunuz zaman, etdiyiniz hər şeydə mütləq uğur qazanırsınız. Ona görə də bu, hamımız üçün çox yaxşı nümunədir", - deyə o qeyd edib.

Tarix: 13 İyul 2026, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin