Səhiyyə Nazirliyi "Caspian International Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yoxlama aparıb.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Caspian International Hospital"da aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələri üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmə materiallarından məlum olub ki, Analitik Ekspertiza Mərkəzinin apardığı plandankənar yoxlama zamanı klinikada lisenziyada nəzərdə tutulmayan ginekologiya fəaliyyəti üzrə ekstrakorporal mayalanma (EKM) prosedurlarının həyata keçirildiyi, həmçinin dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlanma şəraitinə riayət edilməyən dərman vasitələrinin mövcud olduğu müəyyən edilib.
Yoxlama zamanı, həmçinin tibb avadanlıqları və cihazlarının normativ-texniki tələblərə cavab vermədiyi, müəssisənin lisenziyada göstərilməyən tibbi fəaliyyət növlərini həyata keçirdiyi, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş, saxlanma şəraitinə riayət olunmadan və qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanıldığı aşkarlanıb. Aşkar edilmiş faktlar fotoşəkillərlə sənədləşdirilərək akta əlavə olunub.
Yoxlama müəssisənin baş direktoru Cəbrayıl Abbasovun iştirakı ilə aparılıb. O, izahatında bildirib ki, xəbərdarlıqdan sonra müəssisədə sonsuzluğun müalicəsi ilə bağlı prosedurlar dayandırılıb. Onun sözlərinə görə, aşkar edilmiş embrionlar əvvəllər müalicə almış pasiyentlərdən qalan embrionlardır.
İş materiallarında yer alan Analitik Ekspertiza Mərkəzinin ekspert rəyində isə qeyd olunub ki, yoxlama zamanı aşkar edilmiş faktlar müəssisədə yardımçı reproduktiv texnologiyalar üzrə fəaliyyətə dair tibbi sənədləşmənin lazımi qaydada təqdim edilmədiyini, fəaliyyətin dayandırılması barədə verilmiş məlumatın laboratoriyada aşkar olunan sənədlər və embrionların mövcudluğu ilə uyğunluq təşkil etmədiyini göstərir.
Məhkəmənin qərarı ilə "Caspian International Hospital" MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 6 000 manat məbləğində cərimə edilib.
14 Avqust 07:15
14 Avqust 07:13
14 Avqust 07:11
14 Avqust 07:06
14 Avqust 00:44
13 Avqust 22:16
13 Avqust 22:13
13 Avqust 22:10
13 Avqust 22:08
13 Avqust 21:06
13 Avqust 19:50
13 Avqust 19:36
13 Avqust 18:57
13 Avqust 18:52
13 Avqust 18:45
13 Avqust 18:40
13 Avqust 18:31
13 Avqust 18:20
13 Avqust 18:15
13 Avqust 18:05
13 Avqust 17:50
13 Avqust 17:46
13 Avqust 17:40
13 Avqust 17:34
13 Avqust 17:25
13 Avqust 17:17
13 Avqust 17:04
13 Avqust 16:53
13 Avqust 16:41
13 Avqust 16:39
13 Avqust 16:35
13 Avqust 16:32
13 Avqust 16:23
13 Avqust 16:20
13 Avqust 16:15
13 Avqust 16:03
13 Avqust 15:59
13 Avqust 15:50
13 Avqust 15:27
13 Avqust 15:24
13 Avqust 15:23
13 Avqust 15:18
13 Avqust 15:07
13 Avqust 15:06
13 Avqust 15:02
13 Avqust 14:59
13 Avqust 14:53
13 Avqust 14:49
13 Avqust 14:38
13 Avqust 14:37
13 Avqust 14:30
13 Avqust 14:22
13 Avqust 13:35
13 Avqust 13:27
13 Avqust 13:13
13 Avqust 13:08
13 Avqust 13:03
13 Avqust 12:53
13 Avqust 12:50
13 Avqust 12:43
13 Avqust 12:34
13 Avqust 12:33
13 Avqust 12:24
13 Avqust 12:21
13 Avqust 12:20
13 Avqust 12:15
13 Avqust 12:03
13 Avqust 11:59
13 Avqust 11:55
13 Avqust 11:50
13 Avqust 11:42
13 Avqust 11:35
13 Avqust 11:29
13 Avqust 11:22
13 Avqust 11:19
13 Avqust 11:13
13 Avqust 11:08
13 Avqust 11:07
13 Avqust 11:01
13 Avqust 10:48
13 Avqust 10:47
13 Avqust 10:40
13 Avqust 10:34
13 Avqust 10:31
13 Avqust 10:26
13 Avqust 10:22
13 Avqust 10:15
13 Avqust 10:15
13 Avqust 10:10
13 Avqust 10:06
13 Avqust 10:04
13 Avqust 10:02
13 Avqust 09:33
13 Avqust 09:13
13 Avqust 08:53
13 Avqust 08:49
13 Avqust 08:46
13 Avqust 08:45
13 Avqust 08:40
13 Avqust 08:25
13 Avqust 08:20
13 Avqust 08:15
13 Avqust 08:10
13 Avqust 08:05
13 Avqust 07:16
13 Avqust 00:49
13 Avqust 00:44
12 Avqust 23:19
12 Avqust 21:57
12 Avqust 21:53
12 Avqust 19:46
12 Avqust 19:05
12 Avqust 19:04
12 Avqust 19:01
12 Avqust 19:00
12 Avqust 18:58
12 Avqust 18:48
12 Avqust 18:41
12 Avqust 18:34
12 Avqust 18:27
12 Avqust 18:19
12 Avqust 18:14
12 Avqust 18:01
12 Avqust 17:59
12 Avqust 17:57
12 Avqust 17:46
12 Avqust 17:34
12 Avqust 17:32
12 Avqust 17:27
12 Avqust 17:20
12 Avqust 17:16
12 Avqust 17:02
12 Avqust 16:57
12 Avqust 16:47
12 Avqust 16:44
12 Avqust 16:41
12 Avqust 16:34
12 Avqust 16:27
12 Avqust 16:20
12 Avqust 16:08
12 Avqust 16:04
12 Avqust 15:58
12 Avqust 15:52
12 Avqust 15:40
12 Avqust 15:34
12 Avqust 15:25
12 Avqust 15:20
12 Avqust 15:15
12 Avqust 15:10
12 Avqust 15:05
Ən son xəbərləri səhifəmizdən də izləyin