BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair qanun layihəsi müzakirə olundu

İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

 

Ali Məclisin mətbuat xidmətindən verilən məlumata görə, komitə sədri Mübariz Bayramov gündəlikdə duran məsələnin üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi olduğunu bildirib.

 

İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov qanun layihəsi ilə bağlı məlumat verib.

 

Sonra “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Tarix: 13 İyul 2026, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin