BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir polkovnik-leytenantı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib.

 

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu "N” saylı hərbi hissənin rəisi təyin olunub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən "N” saylı hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev vəzifəsindən azad edilərək Fövqəladə Hallar Nazirliyinin Bakı Alayının komandiri təyin edilmişdi.

Tarix: 13 İyul 2026, 16:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin