BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşğulluq xidməti orqanlarından rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı da yığışdırıldı

“Nazirliklər arasında saxtakarlıq müsabiqəsi keçirilərsə, münsiflər heyəti heç tərəddüd etmədən 1-ci fəxri yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini layiq görərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

“Nazirliyə istinad edən Dövlət Statistika Komitəsinin məlumatına inansaq, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerləri açılıb. Görünür ki, heç bir analoqu olmayan 2 aylıq iş yerlərini də yeni açılmış iş yerlərinin tərkibinə daxil ediblər. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bu günlərdə açıqlama vermişdi ki, ölkədə 52 min ikiaylıq iş yerləri açılıb. Nədənsə iki aydan sonra işini itirənlərin, pandemiyaya görə işdən çıxarılanların statistikası açıqlanmır. Hətta bu ilin aprel ayından başlayaraq statistik məcmuələrdən məşğulluq xidməti orqanlarından rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı da yığışdırılıb. Nazirlik işsizik statistikasını gizlədiyinə görə Azərbaycanın adı bu göstərici üzrə beynəlxalq müqayisələrdən də çıxarılıb” – Q.İbadoğlu bildirib.

Tarix: 15 Avqust 2020, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin