BURADA REKLAMINIZ OLA
BİLƏR

Hasil Abbasov onlara vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatları olub.

 

Məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

 

Belə ki, müvafiq əmrlə Fərid Nəcəfov Agentliyin Rəqəmsal həllər departamentinin müdir müavini, Pərvin Məmmədova Daxili nəzarət və audit departamentinin Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri, Amin Quluzadə İnsan resursları departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunublar( .İqtisadiyyat.az)

Tarix: 13 İyul 2026, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin