BURADA REKLAMINIZ OLA
BİLƏR

"10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"

Müğənni Əminə Şirin verdiyi müsahibədə şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib.

 

Milli.Az xəbər verir ki, sənətçi ayrılıqlara münasibətindən danışaraq, çətin anları qısa müddətdə geridə qoymağı bacardığını bildirib.

 

"Mən xoşbəxt olmağı bacaran insanam. Mən ayrılıq yaşayanda da bir həftə, yaxud on günə unuduram. İstəyirsə, 10 il Leyli-Məcnun kimi yaşadığım münasibət olsun. Rahat ayrılıram. Amma o bir həftə ərzində elə yanıram ki, sonra öz külümdən çox gözəl şəkildə doğuluram", - deyə ifaçı qeyd edib.

 

Əminə Şirinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçinin həyata baxışını və güclü xarakterini təqdir edib, digərləri isə onun ayrılıqlarla bağlı fikirlərini fərqli rakursdan dəyərləndirib.

 

 

Tarix: 13 İyul 2026, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin