BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə xuliqanlıq edərək həmyerlisini bıçaqlayan şəxsin cəzasını yüngülləşdirdi

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Babək Əsədzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Kürdəmir Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs təyin edilən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 3 aya endirilib.

İttihama görə, hadisə 2025-ci ildə Kürdəmir şəhərinin Bakı prospektində baş verib.


Belə ki, Babək Əsədzadə axşam saat 18 radələrində öz təşəbbüsü ilə yaranmış mübahisə zamanı ictimai qaydanı kobud şəkildə pozaraq aqressiv hərəkətlər nümayiş etdirib.


Araşdırmalar zamanı müəyyən edilib ki, o, yerdən götürdüyü daşı silah qismində istifadə edərək zərərçəkmiş Kərəm Kərimova (adı, soyadı şərtidir) məxsus avtomobilin yan şüşəsini qəsdən sındırıb. Hadisə nəticəsində avtomobil sahibinə 70 manat məbləğində maddi ziyan dəyib.


Təqsirləndirilən şəxs bununla kifayətlənməyib. Təxminən bir saat sonra, saat 19 radələrində yenidən Kürdəmir şəhərinin Bakı prospektində, insanların intensiv hərəkət etdiyi ictimai yerdə növbəti xuliqanlıq hərəkətinə yol verib.


Babək heç bir əsaslı səbəb olmadan zərərçəkmiş Kərəm Kərimova yaxınlaşaraq üzərində gəzdirdiyi bıçaqla onun sağ baldır nahiyəsinə bir zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sağ baldırın yuxarı üçdəbir hissəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. Ekspertiza həmin xəsarətin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti olduğunu müəyyən edib.


Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 14 İyul 2026, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin