BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

Süni intellekt artıq reallığa çevrilib.

 

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunda vaxtilə süni intellekt mövzusu müzakirə olunurdu:

 

"Həmin vaxt süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığa çevrilib. ​Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir".Report

Tarix: 14 İyul 2026, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin