BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı - deputatlar tətilə çıxdı

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

 

Pravda.az xəbər verir ki, I vitse-spiker sessiyanın uğurla başa çatdığını bildirərək, iyunun 5-də başlayan sessiyanı bağlı elan edib.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

 

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

 

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.Report

Tarix: 14 İyul 2026, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin