BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirşahin: “AŞPA əvəzinə aşpazdan, etimad əvəzinə Ehtiramdan danışmayaq, ciddi olaq”

İki gündür ki, Şuşa Beynəlxalq Media Paytaxtına çevrilib. Qlobal prioritetlər müzakirə olunur. Təkcə bu başlığın dəyəri misilsizdir: “Sülhün təşviqində medianın missiyası. Həqiqətin bərpası və etimadın yenidən qurulması”. Belə mövzuların müzakirəsi üçün ən mükəmməl yer məhz Qarabağdır-Şuşadır. Bir neçə il əvvəl işğal altında olan Şuşada bu gün Azərbaycan Respublikasının Prezidenti Slovakiya Respublikasının Prezidentini təntənəli şəkildə qəbul edir. Şuşalı çadırlı deyil, Cıdırlıdır artıq.

 

Fərqi hiss etmək lazımdır. Dördüncü Qlobal Media Forumunun adında Şuşa var. Azadlıq var. O azadlıq media azadlığından dəfələrlə artıqdır. Sosial Şəbəkələrdə qlobal mövzuları qısıqlaşdırmayaq.  Məsələn: AŞPA əvəzinə aşpazdan, ETİMAD əvəzinə  Ehtiramdan danışmayaq. Ciddi olaq! Sosial Şəbəkələrdəki güruhçuluğu heç olmazsa bu aralar donduraq! Şuşada bu saat müzakirə olunan həm də mediada rəqəmsallaşmadır. Yəni o cümlədən sosial şəbəkələrin bu günü və gələcəyi. Plintusaşırılığı, paxıllığı, qısqanclığı yığışdıraq. İlk dəfə belə bir tədbirə dəvət almış, kifayət qədər izləyicisi olan bloqerlər onlara ünvanlanmış çağırışları beynəlxalq platformada eşitmək imkanı qazanıb. Gəlin kin, paxıllıq, nifrət qusmayaq. İnanaq ki, Şuşa Forumu onlarda, məşğul olduqları sahəyə daha savadlı, daha məsuliyyətli yanaşmaq keyfiyyəti aşılayacaq. Son olaraq; monitorda iki söz var: Öyrənmək və İyrənmək.  Hansını seçək? Məncə birincini: ÖYRƏNMƏK!

 

Mirşahin Ağayev

 

REAL TV-nin rəhbəri

Tarix: 14 İyul 2026, 13:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin