BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad, Culfada isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tarix: 14 İyul 2026, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin