BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya gəmilərə hücumlardan sonra Türkiyənin Ukraynaya sərt siqnal göndərəcəyinə ümid edir

Rusiya Türkiyənin Qara dənizdə türk gəmilərinə hücumlardan sonra Ukraynaya sərt siqnal göndərə biləcəyinə ümid edir.

 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

 

O, Moskvanın Ankaranın Kiyevin hərəkətlərini açıq şəkildə qiymətləndirməsinə ümid etdiyini söyləyib.

 

Lavrov Ukraynanın Azov dənizində mülki gəmilərə hücumlarını "terrorçuluq" adlandırıb.

 

Rusiya XİN başçısı bu cür hərəkətləri dəniz quldurluğu adlandırmağın belə mümkün olmadığını deyib: "Ona görə ki, piratlar malları ələ keçirirlər, məhv etmirlər".APA

Tarix: 14 İyul 2026, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin