“Azərbaycan Avropa Şurasından çıxmaqla bağlı qərar qəbul edərsə, bunun günahı Azərbaycanda yox, Avropa Şurasında və Avropa Şurası Parlament Assambleyasındadır. Çünki Avropa Şurası Parlament Assambleyası erməni lobisinin sifarişçi bir təsisatına çevrilib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan 2023-cü ilin 20 sentyabrında öz ərazilərində suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyasında erməni lobisinin pulları ilə ələ alınmış deputatlar tərəfindən Azərbaycana qarşı təzyiq kampaniyası genişlənib: “Ölkəmizə qarşı qərəzli, ədalətsiz və ikili standartlardan irəli gələn qətnamələr qəbul edilməyə başlandı. Hətta AŞPA Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Təbii ki, Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilmiş bir təsisatda qalmağı rəva görmədi və bu qərar qəbul olunan kimi Avropa Şurası Parlament Assambleyasını tərk etdiyini elan etdi. Bu müddət ərzində AŞPA Azərbaycana qarşı mütəmadi olaraq qərəzli və sifarişli qərarlar qəbul etməkdə davam edir. Məsələn, Şvabe kimi, o cümlədən Avropa Şurası Parlament Assambleyasının digər üzvlərinin Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar Azərbaycan–Avropa Şurası münasibətlərinə öz mənfi təsirini göstərir. Digər tərəfdən isə Avropa İnsan Hüquqları Məhkəməsi də Azərbaycan haqqında qərarlar çıxarmaqda davam edir. Təbii ki, Avropa Məhkəməsinin Azərbaycan haqqında çıxardığı qərarlar bizim üçün qəbulolunmazdır. Çünki bu məhkəmə təsisatının formalaşmasında, hakimlərin seçilməsində Azərbaycan nümayəndə heyəti iştirak etməyib və onlara səs verməyib. Biz məhkəmə hakimlərinin seçilməsində iştirak etməmişiksə, onda məhkəmənin qərarları da bizim üçün əsassızdır. Bütün bunlar Avropa Şurasının Baş katibi ilə müzakirə olunub və Avropa Şurasının Baş katibi Azərbaycanın Avropa Şurasından çıxmaqla bağlı prosedurun dayandırılmasını xahiş edib, münasibətlərdə dəyişikliklərin olacağını bildirib. Amma təəssüf olsun ki, ötən müddət ərzində nə Avropa Şurasının, nə də Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı münasibəti dəyişib. Münasibətlərin bu cür davam etməsi, təbii ki, Azərbaycanın Avropa Şurasından və Avropa Şurası Parlament Assambleyasından uzaqlaşmasına gətirib çıxaracaq. Azərbaycan Avropa Şurasına qəbul olunarkən məqsədimiz haqq səsimizi avropalı parlamentarilərin diqqətinə çatdırmaq və Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həll edilməsində onların töhfə verməsini görmək idi. Amma yenə də təəssüf edirik ki, nə Avropa Şurası Parlament Assambleyası, nə də Avropa Şurası bu münaqişənin həlli istiqamətində hər hansı təsir vasitəsindən istifadə etmədi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra isə Azərbaycana qarşı hücumlara başladı. Təbii ki, belə bir qurumda bizim qalıb-qalmamağımız Avropa Şurası Parlament Assambleyasının Azərbaycana bundan sonra göstərəcəyi münasibətdən asılı olacaq. Qeyd etmək istəyirəm ki, bizim bu qurumda qalmamağımızın səbəbi Azərbaycan deyil. Əgər belə bir qərar verilərsə, bunun məsuliyyəti Avropa Şurası Parlament Assambleyasının üzərinə düşəcək”.
Aytəkin Qardaşova
8 Avqust 17:00
8 Avqust 15:21
8 Avqust 15:20
8 Avqust 15:15
8 Avqust 14:48
8 Avqust 14:35
8 Avqust 14:30
8 Avqust 14:17
8 Avqust 14:13
8 Avqust 13:36
8 Avqust 13:05
8 Avqust 12:57
8 Avqust 12:49
8 Avqust 12:47
8 Avqust 12:38
8 Avqust 12:22
8 Avqust 12:20
8 Avqust 12:17
8 Avqust 11:47
8 Avqust 11:23
8 Avqust 11:11
8 Avqust 10:21
8 Avqust 09:49
8 Avqust 09:35
8 Avqust 09:03
8 Avqust 08:48
8 Avqust 08:38
8 Avqust 08:36
8 Avqust 08:24
8 Avqust 00:58
7 Avqust 23:56
7 Avqust 22:34
7 Avqust 20:23
7 Avqust 20:20
7 Avqust 20:13
7 Avqust 19:02
7 Avqust 18:59
7 Avqust 18:57
7 Avqust 18:53
7 Avqust 18:44
7 Avqust 18:43
7 Avqust 18:34
7 Avqust 18:30
7 Avqust 18:23
7 Avqust 18:18
7 Avqust 18:05
7 Avqust 17:55
7 Avqust 17:47
7 Avqust 17:46
7 Avqust 17:37
7 Avqust 17:32
7 Avqust 17:30
7 Avqust 17:26
7 Avqust 17:23
7 Avqust 17:21
7 Avqust 17:18
7 Avqust 17:13
7 Avqust 17:08
7 Avqust 16:59
7 Avqust 16:55
7 Avqust 16:54
7 Avqust 16:47
7 Avqust 16:41
7 Avqust 16:28
7 Avqust 16:18
7 Avqust 16:04
7 Avqust 16:01
7 Avqust 15:57
7 Avqust 15:41
7 Avqust 15:33
7 Avqust 15:29
7 Avqust 15:21
7 Avqust 15:19
7 Avqust 15:11
7 Avqust 15:05
7 Avqust 14:55
7 Avqust 14:45
7 Avqust 14:43
7 Avqust 14:38
7 Avqust 14:35
7 Avqust 14:32
7 Avqust 14:29
7 Avqust 14:14
7 Avqust 13:55
7 Avqust 13:45
7 Avqust 13:31
7 Avqust 13:28
7 Avqust 13:25
7 Avqust 13:22
7 Avqust 13:20
7 Avqust 13:18
7 Avqust 13:12
7 Avqust 13:08
7 Avqust 12:54
7 Avqust 12:49
7 Avqust 12:44
7 Avqust 12:23
7 Avqust 12:20
7 Avqust 12:02
7 Avqust 11:48
7 Avqust 11:39
7 Avqust 11:28
7 Avqust 11:08
7 Avqust 11:07
7 Avqust 10:52
7 Avqust 10:33
7 Avqust 10:32
7 Avqust 10:30
7 Avqust 10:25
7 Avqust 10:14
7 Avqust 10:13
7 Avqust 10:11
7 Avqust 10:02
7 Avqust 09:35
7 Avqust 09:13
7 Avqust 09:12
7 Avqust 09:12
7 Avqust 09:05
7 Avqust 08:59
7 Avqust 08:56
7 Avqust 08:53
7 Avqust 08:51
7 Avqust 08:45
7 Avqust 08:44
7 Avqust 08:35
7 Avqust 08:30
7 Avqust 08:14
7 Avqust 07:38
7 Avqust 07:37
7 Avqust 07:33
6 Avqust 22:43
6 Avqust 22:11
6 Avqust 21:19
6 Avqust 21:17
6 Avqust 20:57
6 Avqust 20:15
6 Avqust 20:08
6 Avqust 18:59
6 Avqust 18:57
6 Avqust 18:46
6 Avqust 18:34
6 Avqust 18:27
6 Avqust 18:25
6 Avqust 18:14
6 Avqust 18:12
6 Avqust 18:10
6 Avqust 17:57
6 Avqust 17:56
6 Avqust 17:43
6 Avqust 17:35
Ən son xəbərləri səhifəmizdən də izləyin