BURADA REKLAMINIZ OLA
BİLƏR

“Peyvənd bazara çıxarılanda Azərbaycan da onu almaq üçün işlər aparacaq” – Hikmət Hacıyev

“Peyvəndlərin tətbiq olunması ilə digər kütləvi xəstəliklərin də qarşısı dünyada alınıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, peyvəndlərin əlçatanlığı səviyyəsində beynəlxalq təsisatlar da mövcuddur: “Azərbaycan da bu təşəbbüslərdə yaxından iştirak edir və prosesləri yaxından izləyir. Dünyada müxtəlif regionlarda müxtəlif dövlətlər tərəfindən peyvəndlə əlaqədar işlər aparılır. Rusiyada aparılan işləri də biz yaxından izləyirik. Beynəlxalq səviyyədə tam səviyyədə təsdiq edilmiş peyvənd bazara çıxarılanda Azərbaycan da bu peyvəndin alınması üçün işlər aparacaq”.

Tarix: 15 Avqust 2020, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin