BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

İşlənmiş avtomobil alarkən onun keçmişi ilə bağlı etibarlı məlumat əldə etmək əksər alıcılar üçün hələ də ciddi problemdir.

 

Bəzi hallarda avtomobilin qəzaya düşməsi, ciddi təmir görməsi və ya yürüş göstəricisinin saxtalaşdırılması alıcıya yalnız sonradan məlum olur. Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi tətbiq edilməlidir. Artıq bununla bağlı aidiyyəti qurumlara təkliflər də göndərilib.

 

Ekspert Fərid Kazımovun fikrincə, belə bir mexanizm həm alıcıların daha düzgün seçim etməsinə, həm də avtomobil bazarında şəffaflığın artmasına xidmət edə bilər. Onun sözlərinə görə, bu sistemin yaradılması ilə daxili bazarda canlanma da yarana bilər. Bura dövlət qurumları ilə yanaşı, avtoservis və sığorta şirkətlərini də cəlb etmək lazımdır.

 

Qeyd edək ki, bu sistem dünyanın bir çox ölkəsində mövcuddur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 15 İyul 2026, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin