Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mansur İmranovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Mansur İmranov etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) Almaniyadan "Toyota Camry" markalı avtomobil gətirmək imkanının olduğuna inandırıb. O, avtomobili 35 000 manat müqabilində gətirəcəyini vəd edərək zərərçəkmişin etibarını qazanıb. Bu məqsədlə S.S. müxtəlif vaxtlarda Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarında yerləşən "MilliÖn" və "mPay" ödəmə terminalları, həmçinin mobil bank tətbiqi vasitəsilə təqsirləndirilən şəxsin bank kartına mərhələlərlə pul köçürüb.
İstintaqla müəyyən edilib ki, Mansur ümumilikdə 18 000 manat pulu qəbul etdikdən sonra vəd etdiyi avtomobili gətirməyib, pulu geri qaytarmayıb və beləliklə, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.
Birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdıraraq təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin əvvəlki hökmü ilə təyin olunmuş 3 il 2 ay azadlıqdan məhrumetmə cəzası yeni cəza ilə qismən toplanılıb və təqsirləndirilən şəxsə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək barəsində Amnistiya Aktının 3.1-ci bəndinin tətbiq edilməsini və bu əsasla cəzasının azaldılmasını xahiş edib.
Kamal Məmmədov
9 Avqust 22:36
9 Avqust 22:33
9 Avqust 21:03
9 Avqust 19:10
9 Avqust 17:36
9 Avqust 16:44
9 Avqust 15:51
9 Avqust 15:44
9 Avqust 15:35
9 Avqust 14:00
9 Avqust 12:59
9 Avqust 12:25
9 Avqust 11:39
9 Avqust 11:22
9 Avqust 11:19
9 Avqust 10:06
9 Avqust 09:26
9 Avqust 09:24
9 Avqust 07:50
9 Avqust 07:46
9 Avqust 00:52
8 Avqust 23:22
8 Avqust 23:19
8 Avqust 21:47
8 Avqust 21:29
8 Avqust 21:00
8 Avqust 20:19
8 Avqust 20:15
8 Avqust 20:12
8 Avqust 19:43
8 Avqust 19:36
8 Avqust 19:25
8 Avqust 18:33
8 Avqust 17:43
8 Avqust 17:00
8 Avqust 15:21
8 Avqust 15:20
8 Avqust 15:15
8 Avqust 14:48
8 Avqust 14:35
8 Avqust 14:30
8 Avqust 14:17
8 Avqust 14:13
8 Avqust 13:36
8 Avqust 13:05
8 Avqust 12:57
8 Avqust 12:49
8 Avqust 12:47
8 Avqust 12:38
8 Avqust 12:22
8 Avqust 12:20
8 Avqust 12:17
8 Avqust 11:47
8 Avqust 11:23
8 Avqust 11:11
8 Avqust 10:21
8 Avqust 09:49
8 Avqust 09:35
8 Avqust 09:03
8 Avqust 08:48
8 Avqust 08:38
8 Avqust 08:36
8 Avqust 08:24
8 Avqust 00:58
7 Avqust 23:56
7 Avqust 22:34
7 Avqust 20:23
7 Avqust 20:20
7 Avqust 20:13
7 Avqust 19:02
7 Avqust 18:59
7 Avqust 18:57
7 Avqust 18:53
7 Avqust 18:44
7 Avqust 18:43
7 Avqust 18:34
7 Avqust 18:30
7 Avqust 18:23
7 Avqust 18:18
7 Avqust 18:05
7 Avqust 17:55
7 Avqust 17:47
7 Avqust 17:46
7 Avqust 17:37
7 Avqust 17:32
7 Avqust 17:30
7 Avqust 17:26
7 Avqust 17:23
7 Avqust 17:21
7 Avqust 17:18
7 Avqust 17:13
7 Avqust 17:08
7 Avqust 16:59
7 Avqust 16:55
7 Avqust 16:54
7 Avqust 16:47
7 Avqust 16:41
7 Avqust 16:28
7 Avqust 16:18
7 Avqust 16:04
7 Avqust 16:01
7 Avqust 15:57
7 Avqust 15:41
7 Avqust 15:33
7 Avqust 15:29
7 Avqust 15:21
7 Avqust 15:19
7 Avqust 15:11
7 Avqust 15:05
7 Avqust 14:55
7 Avqust 14:45
7 Avqust 14:43
7 Avqust 14:38
7 Avqust 14:35
7 Avqust 14:32
7 Avqust 14:29
7 Avqust 14:14
7 Avqust 13:55
7 Avqust 13:45
7 Avqust 13:31
7 Avqust 13:28
7 Avqust 13:25
7 Avqust 13:22
7 Avqust 13:20
7 Avqust 13:18
7 Avqust 13:12
7 Avqust 13:08
7 Avqust 12:54
7 Avqust 12:49
7 Avqust 12:44
7 Avqust 12:23
7 Avqust 12:20
7 Avqust 12:02
7 Avqust 11:48
7 Avqust 11:39
7 Avqust 11:28
7 Avqust 11:08
7 Avqust 11:07
7 Avqust 10:52
7 Avqust 10:33
7 Avqust 10:32
7 Avqust 10:30
7 Avqust 10:25
7 Avqust 10:14
7 Avqust 10:13
7 Avqust 10:11
7 Avqust 10:02
7 Avqust 09:35
7 Avqust 09:13
7 Avqust 09:12
Ən son xəbərləri səhifəmizdən də izləyin