BURADA REKLAMINIZ OLA
BİLƏR

15 gündə Elm və Təhsil Nazirliyinə 50 minə yaxın müraciət - Onlar nəyi öyrənmək istəyir?

İyulun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 47 483 vətəndaş müraciəti daxil olub.

 

Nazirlikdən verilən məlumata görə, müraciətlərin 7 558-i elektron qaydada, 1655-i yazılı formada, 32 235-i çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 035 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.

 

Qeyd olunub ki, daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, müəllimlərin iş yerinin dəyişdirilməsi, I sinfinə şagird qəbulu və digər təhsil məsələləri ilə bağlı olub.

Tarix: 16 İyul 2026, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin