BURADA REKLAMINIZ OLA
BİLƏR

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib.

 

Pravda.az xəbər verir ki, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Fələstin Dövlətinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

 

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Tarix: 16 İyul 2026, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin