BURADA REKLAMINIZ OLA
BİLƏR

Mobil operatorlar işləməyən nömrələrə niyə borc yazırlar? – Mütəxəssis izah edir

Son günlər mobil operatorlarla bağlı şikayətlər artmaqdadır. Belə ki, nömrəsini işlətməyən abonentlərə borc yazılır. Bildirilir ki, fakturasız xətt abunəçiləri də bənzər problemlə üzləşiblər.

 

Pravda.az-a açıqlama verən İKT üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, bu məsələ müqavilələrlə tənzimlənir:

Vətəndaşı 100 meqabit internetlə təmin edib məcburi şəkildə ödənişini almaq  çəkidə aldatmaq kimi şeydir" - AÇIQLAMA Pravda.az

F.Mirəliyev qeyd edib ki, operatorlar əvvəlcədən ödənişli, sonradan ödənişli tariflər, yəni “postpaid”, “prepaid” təqdim edirlər: “Abonent mütləq şəkildə müqaviləyə, seçdiyi tarifə baxmalıdır. Tarif sonradan, yaxud əvvəldən ödənişi özündə ehtiva edirsə, buna uyğun davranmaq lazımdır. Əvvəldən ödəniş budur ki, xidmətlərin ödənişi əvvəldən alınır və heç bir balans olmadıqda əməliyyatlar etmək olmur. Sonradan ödəniş sistemində isə kifayət qədər borc yığıla bilər ki, sonradan operator iddia qaldırıb həmin borcu abonentdən tələb edə bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyul 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin