Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və qanunsuz narkotik saxlamada təqsirləndirilən Emin Vəliyevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs uzun müddət özünü müqəddəs insan hesab edib yaşadığı evi "ocaq" adlandırıb, həyat yoldaşı və anasından namaz qılmağı, dini ayinləri yerinə yetirməyi tələb edib. Emin Vəliyev həmçinin onların özünə cadu etdiyini düşünüb. Bu səbəbdən ailədə davamlı mübahisələr yaranıb.
İstintaq materiallarına əsasən, 2026-cı ilin yanvar ayının 31-də gecə saat 04 radələrində Goranboy rayonunun Faxralı kəndində yerləşən evdə təqsirləndirilən şəxs həyat yoldaşı, 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə ilə yenidən eyni mövzuda mübahisə edib. Daha sonra yataq otağında saxladığı qatlanan cib bıçağını götürərək arvadına ardıcıl şəkildə çoxsaylı bıçaq zərbələri endirib.
Hadisə zamanı otağa səs-küyə görə azyaşlı övladları və 1963-cü il təvəllüdlü anası, zərərçəkmiş Zoya Əhmədova daxil olub. Buna baxmayaraq, Emin uşaqlarının gözü qarşısında hücumunu davam etdirib. Nəticədə Jalənin bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 15 bıçaq xəsarəti yetirilib. Bu xəsarətlər arasında ağciyərin zədələnməsi və pnevmotoraksla nəticələnən, həyat üçün təhlükəli ağır bədən xəsarəti də olub.
İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs həmin vaxt ona mane olmağa çalışan anasına da hücum edib. O, Zoya Əhmədovanın döş qəfəsinə və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib. Alınan ağır xəsarətlər nəticəsində qadın hadisə yerində həyatını itirib.
İttihamda qeyd olunur ki, Vətən müharibəsi qazisi, III qrup əlil olan 1987-ci il təvəllüdlü Emin Vəliyev həyat yoldaşının artıq öldüyünü zənn edərək hadisə yerini tərk edib. Lakin Jalə Yolçuzadə vaxtında xəstəxanaya çatdırıldığı üçün həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu səbəbdən ittiham orqanı həmin əməli qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib.
Cinayət işinin materiallarına əsasən, hadisədən sonra aparılan istintaq hərəkətləri zamanı Emin Vəliyevin üzərindən və yaşadığı evdən narkotik vasitələr də aşkar olunub.
Belə ki, hadisə yerində ifadəsinin yoxlanılması zamanı onun şalvarının cibindən 6,16 qram marixuana götürülüb.
Daha sonra məhkəmə qərarı əsasında evdə keçirilən axtarış zamanı isə 0,32 qram və iki şüşə bankada ümumi çəkisi 134,11 qram olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Məhkəmədə ifadə verən Emin Vəliyev özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib. Onun sözlərinə görə, hadisənin baş verdiyi gecəni və ondan əvvəlki bir neçə günü xatırlamır.
Təqsirləndirilən şəxs söyləyib ki, həyat yoldaşı ilə əvvəllər də mübahisələri olub, lakin hadisə vaxtı özündə olmayıb:
"Həmin gün mənə hər şey yuxu kimi gəlirdi. Anam da, həyat yoldaşım da mənə cin və şeytan kimi görünürdü. Nə üçün onları vurduğumu, neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram”.
O, uzun müddət narkotik vasitələrdən istifadə etdiyini etiraf etsə də, hadisə günü narkotik qəbul etmədiyini iddia edib. Emin həmçinin baş ağrılarını azaltmaq məqsədilə marixuanadan istifadə etdiyini, hətta pul verməmək üçün yaşadığı evdə narkotik tərkibli bitki yetişdirdiyini söyləyib.
Məhkəmədə ifadə verən zərərçəkmiş Jalə Yolçuzadə bildirib ki, hadisədən bir gün əvvəl ərinin davranışları tamamilə dəyişmişdi.
Onun sözlərinə görə, həyat yoldaşı əvvəlcə özünə xəsarət yetirir, daha sonra aqressiv davranmağa başlayıb. Qohumlar onun müalicə almasının vacib olduğunu desələr də, bunu qəbul etməyib.
Zərərçəkmiş deyib ki, gecə saatlarında yuxudan oyananda Emin artıq əlində bıçaqla ona hücum edib. Qışqırıq səslərinə qayınanası və uşaqları otağa gəlib. Lakin təqsirləndirilən şəxs onların yalvarışlarına baxmayaraq, həm ona, həm də Zoya Əhmədovaya bıçaq zərbələri endirməyə davam edib.
Jalə Yolçuzadə bildirib ki, qayınanası əvvəlcə yerə yıxılıb, daha sonra özü də aldığı çoxsaylı xəsarətlərdən huşunu itirib. Ayılanda isə həyat yoldaşının artıq evdən qaçdığını görüb.
Zərərçəkmiş həmçinin məhkəmədə söyləyib ki, Emin Vəliyev əvvəllər də aqressiv olub, onu döyüb və uzun müddətdir narkotik vasitələrdən istifadə edirdi. Onun sözlərinə görə, təqsirləndirilən şəxs ailə üzvlərini namaz qılmağa məcbur edir, qəbul etmədikdə isə onları günahlandırırdı.
Məhkəmənin hökmü ilə Emin Vəliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
14 Avqust 00:44
13 Avqust 22:16
13 Avqust 22:13
13 Avqust 22:10
13 Avqust 22:08
13 Avqust 21:06
13 Avqust 19:50
13 Avqust 19:36
13 Avqust 18:57
13 Avqust 18:52
13 Avqust 18:45
13 Avqust 18:40
13 Avqust 18:31
13 Avqust 18:20
13 Avqust 18:15
13 Avqust 18:05
13 Avqust 17:50
13 Avqust 17:46
13 Avqust 17:40
13 Avqust 17:34
13 Avqust 17:25
13 Avqust 17:17
13 Avqust 17:04
13 Avqust 16:53
13 Avqust 16:41
13 Avqust 16:39
13 Avqust 16:35
13 Avqust 16:32
13 Avqust 16:23
13 Avqust 16:20
13 Avqust 16:15
13 Avqust 16:03
13 Avqust 15:59
13 Avqust 15:50
13 Avqust 15:27
13 Avqust 15:24
13 Avqust 15:23
13 Avqust 15:18
13 Avqust 15:07
13 Avqust 15:06
13 Avqust 15:02
13 Avqust 14:59
13 Avqust 14:53
13 Avqust 14:49
13 Avqust 14:38
13 Avqust 14:37
13 Avqust 14:30
13 Avqust 14:22
13 Avqust 13:35
13 Avqust 13:27
13 Avqust 13:13
13 Avqust 13:08
13 Avqust 13:03
13 Avqust 12:53
13 Avqust 12:50
13 Avqust 12:43
13 Avqust 12:34
13 Avqust 12:33
13 Avqust 12:24
13 Avqust 12:21
13 Avqust 12:20
13 Avqust 12:15
13 Avqust 12:03
13 Avqust 11:59
13 Avqust 11:55
13 Avqust 11:50
13 Avqust 11:42
13 Avqust 11:35
13 Avqust 11:29
13 Avqust 11:22
13 Avqust 11:19
13 Avqust 11:13
13 Avqust 11:08
13 Avqust 11:07
13 Avqust 11:01
13 Avqust 10:48
13 Avqust 10:47
13 Avqust 10:40
13 Avqust 10:34
13 Avqust 10:31
13 Avqust 10:26
13 Avqust 10:22
13 Avqust 10:15
13 Avqust 10:15
13 Avqust 10:10
13 Avqust 10:06
13 Avqust 10:04
13 Avqust 10:02
13 Avqust 09:33
13 Avqust 09:13
13 Avqust 08:53
13 Avqust 08:49
13 Avqust 08:46
13 Avqust 08:45
13 Avqust 08:40
13 Avqust 08:25
13 Avqust 08:20
13 Avqust 08:15
13 Avqust 08:10
13 Avqust 08:05
13 Avqust 07:16
13 Avqust 00:49
13 Avqust 00:44
12 Avqust 23:19
12 Avqust 21:57
12 Avqust 21:53
12 Avqust 19:46
12 Avqust 19:05
12 Avqust 19:04
12 Avqust 19:01
12 Avqust 19:00
12 Avqust 18:58
12 Avqust 18:48
12 Avqust 18:41
12 Avqust 18:34
12 Avqust 18:27
12 Avqust 18:19
12 Avqust 18:14
12 Avqust 18:01
12 Avqust 17:59
12 Avqust 17:57
12 Avqust 17:46
12 Avqust 17:34
12 Avqust 17:32
12 Avqust 17:27
12 Avqust 17:20
12 Avqust 17:16
12 Avqust 17:02
12 Avqust 16:57
12 Avqust 16:47
12 Avqust 16:44
12 Avqust 16:41
12 Avqust 16:34
12 Avqust 16:27
12 Avqust 16:20
12 Avqust 16:08
12 Avqust 16:04
12 Avqust 15:58
12 Avqust 15:52
12 Avqust 15:40
12 Avqust 15:34
12 Avqust 15:25
12 Avqust 15:20
12 Avqust 15:15
12 Avqust 15:10
12 Avqust 15:05
12 Avqust 14:51
12 Avqust 14:44
12 Avqust 14:40
12 Avqust 14:32
Ən son xəbərləri səhifəmizdən də izləyin