BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhalinin siyahıyaalınmasında rəqəmsal texnologiyalardan istifadə ediləcək - YENİLİK

Beynəlxalq tövsiyələrə və milli prioritetlərə əsaslanaraq ilk dəfə olaraq ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsi nəzərdə tutulur.

Pravda.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

 

Baş nazir qeyd edib ki, rəqəmsal həllərin tətbiqi respondentlərə düşən məlumat yükünün və statistika materiallarının hazırlanmasına çəkilən xərclərin azaldılmasına xidmət edəcək.

Tarix: 17 İyul 2026, 11:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin