BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquq müdafiəçisi: “Bir il üç aydır, bağlı olan ofisimə hər ay “işıqpulu” qəbzi gəlir”

"Azərişıq" ASC mətbuat konfransı keçib istehlakçıdan oğurluq etmədiklərini isbat etməyə cəhd edib.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

 

S.Məmmədov bildirib ki, ofis kimi istifadə etdiyi ev bir il üç aydır bağlıdır, cərəyan söndürlüb və evə girişdəki avtomatdan açılıb, amma hər ay ödəniş üçün qəbz gəlir: “Mətbuat konfransında deyildi ki, anlaşılmazlıq olanda onlara müraciət edək. Mən bir ilə yaxındır onlarla əlaqə qura bilmirəm. Bir dəfə Tanrıverdi Mustafayevlə danışdım. O da tapşırdı guya. Amma sonra da deyəsən başqa vəzifəyə keçdi. Araşdırma apardıq. Sayğaclar qapalı yerdədir və ora ancaq "Azərişıq" əməkdaşının girişi var. Yaşayış binasını idarə edən şirkətdən dedilər ki, bizlik deyil”.

Tarix: 15 Avqust 2020, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin