Bakıda fəaliyyət göstərmiş "Star-M" Mənzil Tikinti Kooperativinin (MTK) sədri Məhərrəm Məhərrəmov barəsində növbəti məhkəmə hökmü çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Məhərrəm Məhərrəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 308.2-ci və 313-cü maddələr üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxsə cəza təyin olunmayıb.
Bununla yanaşı, məhkəmə Məhərrəm Məhərrəmovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il tarixli əvvəlki hökmü ilə təyin edilmiş 7 il azadlıqdan məhrumetmə cəzasını yeni hökmlə qismən birləşdirib.
Nəticədə cinayətlərin məcmusu üzrə Məhərrəm Məhərrəmova qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İş materiallarına görə, Məhərrəm Məhərrəmov "Star-M" MTK-nın təsisçisi, üzvü və sonradan sədri kimi fəaliyyət göstərdiyi dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək eyni mənzili iki ayrı şəxsə satıb. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov küçəsi 31/33 ünvanında inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 135,43 kvadratmetr olan üçotaqlı mənzil əvvəlcə 2016-cı ildə 132 min 410 manata bir alıcıya satılıb və mənzilin dəyəri tam ödənilib.
Buna baxmayaraq, 2018-ci ildə Məhərrəm Məhərrəmov həmin mənzilin satılmadığını bildirərək başqa bir şəxsi aldadıb. O, alıcıdan mənzilin satışı adı ilə 145 min 450 manat alaraq həmin vəsaiti şəxsi ehtiyaclarına sərf edib.
İttihama əsasən, qanunsuz əməli gizlətmək məqsədilə MTK adından mənzilin payçının mülkiyyətinə verilməsi, mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı kimi rəsmi sənədlər tərtib olunub. Bu sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilib, sənədlər kooperativin möhürü ilə təsdiqlənərək zərərçəkmiş şəxsə təqdim olunub. Sənədlərin hazırlanmasına cəlb edilən əməkdaşların isə cinayət planından xəbərsiz olduqları bildirilib.
Məhkəmə hesab edib ki, bu hərəkətlərlə Məhərrəm Məhərrəmov bir tərəfdən ikinci alıcının 145 min 450 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib, digər tərəfdən isə mənzilin ilk alıcısının həmin əmlaka sahiblik və istifadə hüquqlarına mühüm zərər vurub.
Cinayət işi üzrə məhkəmə baxışı zamanı Məhərrəm Məhərrəmov ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib və özünü təqsirli bilmədiyini bildirib. Dövlət ittihamçısı isə təqdim olunan sübutların ittihamı tam təsdiqlədiyini vurğulayaraq ittihamın dəyişdirilmədən saxlanılmasını istəyib. Qaynarinfo
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin