BURADA REKLAMINIZ OLA
BİLƏR

Gündə bir qaşıq tahin yesəniz...

Küncütdən hazırlanan tahin tərkibindəki zülal, lif, sağlam yağlar, vitamin və minerallarla zəngin qidalardan sayılır.


Pravda.az bildirir ki, onu ölçülü miqdarda qəbul etmək orqanizmin ümumi sağlamlığını dəstəkləyə bilər.


Tahin güclü antioksidant mənbəyi kimi sərbəst radikalların zərərli təsirini azaltmağa kömək edir. Eyni zamanda ürək-damar sağlamlığını dəstəkləyir, pis xolesterinin səviyyəsinin azalmasına, sümüklərin möhkəmlənməsinə, sinir sisteminin normal fəaliyyətinə və qaraciyər funksiyasının qorunmasına töhfə verə bilər.


Tərkibindəki dəmir isə qanazlığı riskinin azalmasına dəstək olur.


Mütəxəssislər tahinin səhər yeməyində, qatıq və ya bəhməzlə birlikdə, həmçinin salat və müxtəlif yeməklərə əlavə edilərək istifadə oluna biləcəyini bildirirlər. Bununla yanaşı, yüksək kalorili məhsul olduğundan gündəlik qəbul miqdarına diqqət yetirilməsi tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 17 İyul 2026, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin