BURADA REKLAMINIZ OLA
BİLƏR

Təzyiq düşəndə nə etmək lazımdır? - İlk yardım üçün vacib addımlar

Aşağı təzyiq (hipotoniya) başgicəllənmə, halsızlıq, göz qaralması, ürəkbulanma və hətta ürəkgetmə ilə özünü göstərə bilər.


Pravda.az bildirir ki, təzyiq qəfil düşdükdə ilk növbədə uzanmaq və ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır. Bu, beyinə qan axınının yaxşılaşmasına kömək edə bilər.


Həmçinin kifayət qədər su qəbul etmək, az-az və tez-tez qidalanmaq, B12 vitamini, dəmir və fol turşusu ilə zəngin qidalara üstünlük vermək tövsiyə olunur. Təzyiqi tez-tez düşən şəxslər ani hərəkətlərdən, uzun müddət ayaqüstə qalmaqdan, ağır yük qaldırmaqdan və çox isti duş və ya saunadan uzaq durmalıdırlar.


Əgər təzyiqin düşməsi tez-tez təkrarlanır, huşun itməsi, güclü başgicəllənmə və ya nəfəs darlığı ilə müşayiət olunursa, səbəbin müəyyənləşdirilməsi və müalicə üçün həkimə müraciət etmək vacibdir.


Əminə Bayramova 

Tarix: 17 İyul 2026, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin