BURADA REKLAMINIZ OLA
BİLƏR

Borcu olduğuna görə axtarılan 80 nəfər saxlanıldı

İyulun 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Tarix: 18 İyul 2026, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin