BURADA REKLAMINIZ OLA
BİLƏR

Vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salındı - RƏSMİ

Odessa yaxınlığında vurulan gəminin kapitanının cənazəsi Azərbaycana yola salınıb.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

"Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb. Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda deyilir.

Tarix: 18 İyul 2026, 19:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin