BURADA REKLAMINIZ OLA
BİLƏR

Əraqçi: Netanyahu İranı parçalamaq istəyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir.

 

O bunu müsahibəsində deyib.

 

"Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir", - Əraqçi vurğulayıb.

 

Onun sözlərinə görə, Netanyahu bu səbəbdən ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə yönəldib:

 

"Düşmən qeyd-şərtsiz təslim olma tələbi ilə başlayıb və son nəticədə İranla memorandum imzalayıb. Yəni İran ABŞ qarşısında mövqeyini qoruyub və bu ölkəni İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur edib"./Report

Tarix: 19 İyul 2026, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin