BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzil satmaq və ya almaq üçün hansı aylar daha uğurludur? - AÇIQLAMA

Mənzil satışında düzgün vaxt seçimi uğurlu nəticəyə birbaşa təsir edir. İlin bəzi aylarında alıcı aktivliyi artdığı üçün satış daha sürətli və sərfəli baş tuta bilər.

 

Bəs mənzil satmaq üçün hansı aylar daha uğurludur?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, mənzil satmaq üçün ən əlverişli məqam satıcının fikrindən daha çox asılıdır.

XƏBƏRDARLIQ: Bu maklerlərə qətiyyən pul verməyin, əks halda aldanacaqsınız  | KONKRET

Onun sözlərinə görə, şəxs satıb mənzil almaq istəyirsə, bu aylar çox əlverişli hesab edilir: “Çünki bu ay normal qiymətə satsa da, normal qiymətə də ala bilir. Əgər şəxs satılan mənzilin pulunu şəxsi məqsədlər üçün istifadə edəcəksə, mənzil almayacaqsa, bu zaman sentyabrın 15-20-dən sonra mənzilin satılması daha məqsədəuyğun hesab edilir. Çünki bu zaman qiymətlər yay aylarına nisbətən yuxarı qalxır. Bu, kateqoriyasından asılı olaraq da dəyişir. Məsələn, həyət evləri, torpaq sahələrinin bu aylarda satılması daha uyğundur. Çünki daha baha qiymətə satılır. Sentyabr ayından sonra həyət evləri və torpaq sahələrinə maraq olduqca azalır və qiymətlər aşağı düşür. Ancaq yeni və ya köhnə bina evləri, şəhərdaxilində yerləşən mənzillərin satılmasında məqsəd yeni mənzil almaqdırsa, bu zaman bu aylar əlverişli hesab edilir. Sentyabrda isə baha qiymətə satsa da, baha qiymətə almalı olacaqlar”.

 

Ekspert qeyd edib ki, real alıcı tapmaq çətin olsa da, satıb almaq üçün ən uyğun yay ayları hesab edilir: “Torpaq sahələri və həyət evlərinə maraq isə aprel ayından başlayır. Bu aydan sonra tikinti işləri daha çox aparılır. Oktyabrdan sonra isə maraq azalır, qiymətində isə enmə müşahidə edilir. Həyət evi almaq üçün isə oktyabrdan sonra müraciət edilə bilər. Çünki qiymətlər daha aşağı olur. Bu tendensiya hər il bu formada təkrarlanır”.

 

Şəhanə Qədirli

Tarix: 20 İyul 2026, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin