BURADA REKLAMINIZ OLA
BİLƏR

Çexiyada bağça və məktəblərdə uşaqların telefondan istifadəsi qadağan edilib

Çexiya hökuməti uşaqların təhsil müəssisələrində mobil telefonlardan və digər elektron qadcetlərdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

 

Bu barədə ČTK informasiya agentliyi məlumat yayıb.

 

Qadağa uşaq bağçalarına, ümumtəhsil məktəblərinə, gimnaziyaların aşağı siniflərinə və musiqi məktəblərinə şamil olunacaq.

 

Qanun layihəsinə əsasən, şagirdlərə dərs zamanı, tənəffüslərdə və məktəb yeməkxanalarında mobil telefon, planşet və noutbuklardan istifadə etmək qadağan ediləcək. Məhdudiyyət həmçinin uzadılmış gün qruplarına və məktəblərdə fəaliyyət göstərən müxtəlif dərnəklərə də aid olacaq.

 

Qaydalarda sağlamlıq problemləri ilə əlaqədar mobil cihazlardan istifadəyə ehtiyacı olan uşaqlar üçün istisnalar nəzərdə tutulub./Trend

Tarix: 20 İyul 2026, 20:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin