BURADA REKLAMINIZ OLA
BİLƏR

Doğum azaldı, ölüm halı artdı - RƏQƏMLƏR

Bu ilin yanvar-may ayları ərzində 34 056 doğulan körpə qeydə alıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

 

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız olub. Onlardan 1184-ü əkiz, 48-i isə üçəmdir.

 

Həmçinin cari ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Tarix: 21 İyul 2026, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin