BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvandan 12 ölkəyə məhsul ixrac edilib

Bu ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 70,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,5 faiz çoxdur.

 

Pravda.az Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 14,4 faiz, idxal isə 23,4 faiz artıb.

 

İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, elektrik enerjisi, alçıpan, mineral sular, travertin, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, buğda kəpəyi, soğan, şokolad və tərkibində kakao olan ərzaq məhsulları, məsaməli beton, çay və salfetka yer alıb.

 

Həmin məhsullar Gürcüstan, Qırğızıstan, Yəmən, İran, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub.

Tarix: 21 İyul 2026, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin