Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib. Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə cəlb olunması məqsədini daşıyır.
Qaydalara əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən hər il müsabiqə keçiriləcək.
Nazirlikdən Pravda.az-a bildirilib ki, müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iştirak edə biləcəklər. Müraciət edən müəssisələr müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək, qaliblər müəyyənləşdiriləcək və seçilmiş özəl məktəbəqədər təhsil müəssisələri ilə maliyyələşdirmə müqavilələri bağlanacaq. Dövlət dəstəyi həmin müqavilələr çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmuş yerlərə qəbul edilən təhsilalanlara şamil olunacaq. Hər bir təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə aylıq 350 manatadək, digər şəhər və rayonlar üzrə isə aylıq 250 manatadək müəyyən edilib. Təhsil haqqının dövlət tərəfindən qarşılanmayan hissəsi valideyn tərəfindən ödəniləcək.
Müsabiqənin elan olunacağı tarix, müraciət qaydası, qiymətləndirmə meyarları və digər zəruri məlumatlar barədə ictimaiyyətə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə məlumat veriləcək.
Bildirilib ki, son illərdə məktəbəqədər təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində yeni dövlət məktəbəqədər təhsil müəssisələri yaradılıb, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilib, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə alternativ xidmət modelləri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri olan icma əsaslı məktəbəqədər təhsil modeli məktəbəqədər təhsil müəssisələrinin olmadığı və ya əlçatanlığın məhdud olduğu yaşayış məntəqələrində minlərlə uşağın erkən təhsilə cəlb edilməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına mühüm töhfə verib.
Bununla yanaşı, 2024-cü və 2025-ci illərdə Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün keçirilmiş qrant müsabiqələri nəticəsində minlərlə uşağın dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil müəssisələrində təhsil alması təmin edilib. Həmin müsabiqələr özəl sektorun məktəbəqədər təhsil xidmətlərinin göstərilməsində iştirakını genişləndirməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın yeni mexanizmlərinin formalaşdırılması baxımından da uğurlu təcrübə yaradıb.
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni maliyyələşmə modelinin dövlət dəstəyinin daha sistemli, şəffaf və davamlı əsaslarla həyata keçirilməsinə, özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından daha səmərəli istifadəyə, valideynlərin seçim imkanlarının genişlənməsinə və məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına töhfə verəcəyi gözlənilir.
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
Ən son xəbərləri səhifəmizdən də izləyin