BURADA REKLAMINIZ OLA
BİLƏR

Atları içməli su anbarında çimizdirirlər - FOTO

Lənkəranda turistlərə xidmət göstərən bəzi şəxslərin heyvanları Xanbulan su anbarında çimizdirməsi narazılıq doğurub.

 

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Kadrlarda atların birbaşa su anbarının dayaz hissəsində çimizdirildiyi görünür.

 

Qeyd edək ki, Xanbulan su anbarı Lənkəran və Astara rayonlarının əsas içməli su mənbələrindən biridir. Belə bir ərazidə heyvanların suya salınması və bunun açıq şəkildə baş verməsi ərazidə nəzarətin zəif, hətta demək olar ki, yox səviyyəsində olduğunu göstərir.

 

Mütəxəssislər bildirirlər ki, içməli su mənbələrinin heyvanlarla çirkləndirilməsi suyun keyfiyyətinə mənfi təsir göstərə, eyni zamanda müxtəlif infeksion xəstəliklərin yayılması riskini artıra bilər. Xüsusilə yay mövsümündə belə hallar ictimai sağlamlıq baxımından ciddi narahatlıq doğurur.

 

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının operativ araşdırma aparması, görüntülərdə əks olunan faktlara hüquqi qiymət verməsi, həmçinin Xanbulan su anbarında nəzarət tədbirlərini gücləndirməsi zəruri hesab olunur.Musavat.com

Fotoları təqdim edirik
Tarix: 21 İyul 2026, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin