BURADA REKLAMINIZ OLA
BİLƏR

Niyə hələ də diplomu olmayanlar tibbi prosedurlar icra edirlər? - AÇIQLAMA

Son günlər bir sıra tibbi mərkəz adlanan yerlərdə özbaşına əməliyyat prosedurlarının icra olduğunun şahidi oluruq. Belə ki, belə mərkəzlərdə nəinki tibbi qaydalara riayət edilmir, eyni zamanda proseduru icra edənin belə diplomunun olmadığını görürük.

 

Bəs səhiyyədə baş verənlər nədən irəli gəlir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, yaşanan bu cür hallar qətiyyən ürəkaçan deyil.

Adil Qeybulla istefa verdi Pravda.az

Onun sözlərinə görə, belə hallar cəmiyyətdə demoralizasiya yaradır: “İnsanlar öz sağlamlıqlarını peşəkar səhiyyəyə etibar etməlidirlər. Peşəkar səhiyyədə də sterillik və digər məsələlər dünyada necə qorunursa, Azərbaycanda da elə qorunmalıdır. Yəni bu genefondun sağlamlığı ilə bağlı məsələdir. Biz mütəmadi eşidirik ki, əlində sənədi, sertifikatı, diplomu olmayan şəxslər müxtəlif estetik əməliyyatlarla, kosmetologiya ilə məşğuldurlar. Bunlar qaydaya salınmalıdır. Bu, yolverilməzdir. Ona görə də akkreditasiya sistemi qurulmalıdır. Bu sistemlə insanlara sənədləri əsasında lisenziya verilir. Lisenziya olmadan tibbi fəaliyyət göstərmək cinayət məsuliyyəti yaradır. Dünyanın hər yerində bu belədir. Ona görə də hesab edirəm ki, bu cür hallara şərh vermək yox, qarşısını qətiyyətlə almaq lazımdır. Bu da aidiyyatı orqanların işidir”.

 

Xatırlatma: Sosial şəbəkədə yayılan əməliyyat videosu gündəm olub. Görüntülərdə yanlız birinin həkim geymində olan bir qrup şəxsin qadına ayıq olarkən liposaksiya əməliyyatı etdiyi və qadının ağrıdan qışqırdığı əks olunub.

 

Şəhanə Qədirli

Tarix: 21 İyul 2026, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin