BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhidin məzarının üzərindəki yararsız vəziyyətə düşən bayraq yenisi ilə əvəzləndi – VİDEO

Ağsu rayonunun Bico kəndində 2016-cı ilin aprelində döyüşlərdə şəhid olan gizir Fərəczadə Toğrul Habil oğlunun məzarının üzərindəki yararsız hala düşən dövlət bayrağı yenisi ilə əvəzlənib.

 

Bu barədə Pravda.az-a tanınmış fotoqraf Orxan Əzim məlumat verib.

 

O.Əzim qeyd edib ki, dövlət rəmzi olan bayraq xüsusən də şəhid məzarının üzərində təravətini itirməmiş dəyişilməlidir, nəinki 50 faizini itirəndən sonra: “Əsas budur ki, müdaxiləmiz müsbət nəticələndi. Vəzifəsindən, tutduğu mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, hər kəs dövlət rəmzlərini müqəddəs bilməli, şəhidlərin ruhu qarşısında özünü əbədi borclu saymalıdır”.

 

Bayraq bərpa edildi from Pravda on Vimeo.

 

Əvvəlki video

 

Tarix: 16 Avqust 2020, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin