BURADA REKLAMINIZ OLA
BİLƏR

Yayda həm arıqlayın, həm də enerjili qalın: Dietoloqlardan qidalanma tövsiyəsi

Yay aylarında düzgün qidalanmaq həm ideal çəkini qorumağa, həm də isti havalarda özünüzü daha gümrah hiss etməyə kömək edir.


Pravda.az bildirir ki, sərt pəhrizlər əvəzinə balanslı qidalanma daha sağlam seçimdir.


Yay mövsümündə bol su içmək, mövsümi meyvə və tərəvəzlərə üstünlük vermək, salatları zülal mənbələri ilə zənginləşdirmək və yağlı yeməklər əvəzinə yüngül qidalar seçmək tövsiyə olunur. Ara yeməklərdə qatıq, kefir, təzə meyvə və çiy qoz-fındıq kimi qidalar həm toxluq hissini artırır, həm də orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin edir.


Dietoloqlar axşam yeməyində porsiyaya nəzarət etməyi, şəkərli içkilər və ağır desertlər əvəzinə evdə hazırlanmış şəkərsiz smuzi, meyvəli sorbe və qatıq əsaslı sərinləşdirici seçimlərə üstünlük verməyi məsləhət görürlər.


Əminə Bayramova 

Tarix: 21 İyul 2026, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin