BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev: Azərbaycanm gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir

Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir.

 

Pravda.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.

 

“Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Tarix: 21 İyul 2026, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin