BURADA REKLAMINIZ OLA
BİLƏR

Xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru yenidən kassasiya şikayəti verdi

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.


İttihama görə, “Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov özünə müraciət edən iki nəfərin etibarından sui-istifadə etməklə 570 min manat ələ keçirib.


Mansurov zərərçəkmişlərdən birini məhkəmənin əleyhinə qəbul etdiyi qətnaməni ləğv etdirəcəyinə inandırıb. Bunun üçün səlahiyyətli şəxslərə bahalı hədiyyələr alacağı adı ilə ondan 170 min manat pul alıb.


Bundan başqa, eyni zərərçəkmişi və tanışını Sumqayıt şəhərində çoxmərtəbəli bina tikintisinin inşasına icazə alacağına inandırıb. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə icazə almaq adı ilə zərərçəkmiş şəxsdən 400 min manat pul alıb.


Təqsirləndirilən şəxs istintaq dövründə zərərçəkmişlərin pulunu qaytarıb. Məhkəmədə ifadə verməkdən isə imtina edib.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mansurov 5 il azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Kamal Məmmədov 

Tarix: 22 İyul 2026, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin